Keşiş Quranı yandırmaq istədi

Keşiş Quranı yandırmaq istədi
  12 Sentyabr 2013    Oxunub:1326
Amerikalı keşiş müsəlmanların müqəddəs kitabı Quranı yandırmağa cəhd göstərib.
AzVision.az xəbər verir ki, qalmaqallı məşhur amerikalı keşiş Terri Cons növbəti dəfə Quranı yandırmağa cəhd göstərdiyi üçün həbs edilib.

Keşişin idarə etdiyi yük maşını Florida ştatında polislər tərəfindən saxlanılıb. Onun maşınından Quranın üç min nüsxəsi üzərinə neft tökülmüş şəkildə tapılıb. Kitabların miqdarına gəldikdə, Cons bunu 2001-ci il sentyabrın 11-də baş verən faciə qurbanlarının sayına uyğun olduğunu açıqlayıb.

Xatırladaq ki, T.Cons 2011-ci ildə insanların gözləri qarşısında Quranı yandırmışdı. Keşişin bu hərəkəti müsəlman ölkələrində etiraz dalğasına səbəb olmuşdu. Əfqanıstanda baş verən etirazda 100 nəfər ölmüşdü. Məhəmməd peyğəmbərlə bağlı alçaldıcı filmə görə isə Misir məhkəməsi keçən il Consu qiyabi şəkildə ölüm cəzasına məhkum edib.

AzVision.az


Teqlər:





Xəbər lenti