Kerri və Lavrov Cenevrədə Suriyanı müzakirə edəcək

Kerri və Lavrov Cenevrədə Suriyanı müzakirə edəcək
  12 Sentyabr 2013    Oxunub:1187
Görüşdə hər iki tərəfdən kimyəvi silah ekspertləri də iştirak edəcək
ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanın Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarətə verilməsinə dair planını müzakirə etmək üçün İsveçrənin Cenevrə şəhərinə yola düşüb. ABŞ Dövlət Departamentinin açıqlamasına görə, görüşdən əvvəl Con Kerri və Rusiyanın xarici işlər naziri Serqey Lavrov telefonla danışaraq, görüşün gündəliyində olan məsələləri nəzərdən keçiriblər.

Rusiya və Amerika Birləşmiş Ştatları sabah Cenevrədə keçiriləcək görüşə kimyəvi silah ekspertlərini də aparacaqlar. Bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov açıqlayıb. "Həm biz, həm də amerikalılar Cenevrəyə bu cür məsələlərin həlli üçün lazımi biliklərə və təcrübəyə malik olan ekspertlərdən ibarət nümayəndə heyəti aparacağıq. Ekspertlər kimyəvi silah arsenallarını təhlükəsiz etmək üçün hansı tədbirlərin görülməli olduğunu müəyyənləşdirəcəklər." - deyə, Serqey Lavrov bildirib. Lavrov Cenevrə görüşündə BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Lahdar Brahiminin də iştirak edəcəyini istisna etməyib.


Teqlər:





Xəbər lenti