Ceyms Uorlik Qarabağa gedir

Ceyms Uorlik Qarabağa gedir
  13 Sentyabr 2013    Oxunub:1157
ABŞ-ın yeni təyin etdiyi həmsədr bu gün Dağlıq Qarabağa yollanır.
Amerika Birləşmiş Ştatlarının ATƏT-in Minsk qrupuna yeni təyin etdiyi həmsədr Ceyms Uorlik İrəvanda xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan və prezident Serj Sarqsyanla görüşdən sonra bu gün Dağlıq Qarabağa yollanır.

Ceyms Uorlikin özünün verdiyi məlumata görə, İrəvanda Dağlıq Qarabağ münqişəsi ilə bağlı ətraflı müzakirələr aparıb. ABŞ-ın Ermənistandakı səfirinin də iştirakı ilə baş tutan nahar yeməyində vasitəçi Edvard Nalbandyandan münaqişə ilə bağlı bəzi suallar soruşub.

Ceyms Uorlik bu gün Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı vəziyyətlə yerindəcə tanış olacağını da bildirib. Daha sonra həmsədr Vyanaya yola düşəcək.


Teqlər:  





Xəbər lenti