Putin İrana S-300 raketi göndərməyə təlimat verməyib

Putin İrana S-300 raketi göndərməyə təlimat verməyib
  13 Sentyabr 2013    Oxunub:1173
"Prezident Vladimir Putin İrana S-300 raketlərinin göndərilməsi üçün təlimat verməyib".
Belə bir bəyanatla ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib. Baş nazirin müavini Dmitri Roqozinin sözlərini şərh edən Peskov qeyd edib ki, Moskva İrana verilməli olan raket müdafiə sistemlərinin taleyi ilə bağlı məsələyə artıq kifayət qədər aydınlıq gətirib. Mətbuat katibi bir daha qeyd edib ki, "S-300"-lərin göndərilməsi Tehrana tətbiq edilən beynəlxalq embarqodan sonra təxirə salınıb və müqavilə qüvvəsini itirib.

Qeyd edək ki, bir müddət əvvəl Roqozin Kremlin xüsusi şərtlər daxilində İrana "S-300" raket kompleksi sata biləcəyini açıqlayıb. O qeyd edib ki, əgər İslam Respublikası Rusiyaya sistemlərlə bağlı qaldırdığı iddialardan əl çəkərsə, onda Moskva da hərbi əməkdaşlıq prinsipləri çərçivəsində İrana qarşı sanksiyalara göz yuma bilər.


Teqlər:  





Xəbər lenti