ATƏT Yerevanı pislədi

ATƏT Yerevanı pislədi
  12 Sentyabr 2013    Oxunub:1074
ATƏT-in Yerevan ofisinin rəhbəri, səfir Andrey Sorokin Ermənistanda vətəndaş cəmiyyətinin fəallarına qarşı zorakılıq halları ilə bağlı öz narahatlığını bildirib. "Mən Yerevanda etiraz aksiyaları zamanı dinc toplanma hüququnun pozulmasından, zorakılıqdan və nümayişçilərə əsaslandırılmamış təzyiqlərin edilməsindən narahatam",- deyə Sorokinin bəyanatında bildirilir.

ATƏT-in Yerevan ofisinin rəhbəri sentyabrın beşində dinc vətəndaş fəallarına qarşı edilən təzyiq və fiziki zorakılıq hallarını da xatırladıb. Belə ki, fəallar paytaxtın mərkəzi küçələrindən birində naməlum şəxslər tərəfindən döyülüblər.

"Bu adamların vurduqları bədən xəsarətlərindən başqa belə insidentlər vətəndaş maraqlarına və ictimai atmosferə mənfi təsir göstərə bilər",- deyə Sorokin qeyd edib

ATƏT-in Yerevan ofisinin rəhbəri lazımi səviyyədə təhqiqatların aparılmasının vacib olduğunu vurğulayıb və hüquq-mühafizə orqanlarını bu istiqamətdə təcili addımlar atmağa çağırıb: "Ədalət mühakiməsinin vaxtında həyata keçirilməsi və cinayətkarların aşkara çıxarılması cəmiyyətdə dövlət strukturlarına etimadın qorunub saxlanmasına kömək edəcək".


Teqlər:





Xəbər lenti