Cənubi Osetiya və Abxaziya Gürcüstana qaytarılacaq

Cənubi Osetiya və Abxaziya Gürcüstana qaytarılacaq
  13 Sentyabr 2013    Oxunub:1604
`Cənubi Osetiya və Abxaziya Gürcüstanın tərkibinə qaytarılacaq`
AzVision.az xəbər verir ki, Gürcüstanın baş naziri Bidzina İvanişvili Estoniyanın ETV telekanalına müsahibəsində bildirib ki, Cənubi Osetiya və Abxaziyanı Gürcüstan tərkibinə qaytarmaq yaxın gələcəkdə mümkün olmayacaq, amma gec-tez bu ərazilər yenidən Gürcüstana veriləcək.

“Bunun üçün ilk növbədə demokratik institutlar yaratmaq və iqtisadiyyatın inkişafına təşəbbüs göstərmək lazımdır. Məhz bu yolla ölkəmiz bu regionları cəlb edə bilər” – baş nazir söyləyib. Onun sözlərinə görə, tarixən bu ərazilər Gürcüstanın tərkib hissəsi olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti