Ukraynanın Xalq artisti "Jizel"i oynayacaq

Ukraynanın Xalq artisti "Jizel"i oynayacaq
  15 Sentyabr 2017    Oxunub:2897

Sentabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya Adolf Adanın “Jizel” baletinin tamaşası nümayiş olunacaq.
Klassik opera və balet tamaşalarına adlı-sanlı vokal və balet ulduzlarını dəvət etməklə tamaşaçıları sevindirməyə çalışan Teatr bu mövsümdə də öz faydalı ənənəsinə sadiqdir.

Bu dəfə Bakı Teatrının qonaqları Ukraynalı sənətçilər - Tatyana Qolyakova və Sergey Dosenkodur. Y.Qolyakova tamaşada Jizel partiyasını ifa edəcəkdir. Tatyana Ukrayna Milli Operasının prima-balerinası, Ukraynanın Xalq artistidir, bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır.

Onun tərəf-müqabili, qraf Albert partiyasını isə Odessa Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Sergey Dosenko ifa edəcəkdir.
Tamaşada həmçinin balet truppasının solistləri - Elmira Süleymanova, Əməkdar artistlər Alsu Qimadiyeva və Makar Ferştandt çıxış edəcəklər.

Tamaşanın dirijoru Xalq Artsti, professor Cavanşir Cəfərovdur.

Şahanə Rəhimli


Teqlər:





Xəbər lenti