Suriyada dəhşətli edam - FOTO
Müxbir həmin hadisəni belə təsvir edib: “Şəxsi meydana gətirdilər. Gözləri bağlı idi. O gün gördüyüm dördüncü edam səhnəsi idi. Qusmaq istəyirdim.
Amma qəzetçi kimi bunu yazmaq məcburiyyətindəydim. Hamı xoşbəxt idi. Müdaxilə etsəm də, bu edamın həyata keçiriləcəyini bilirdim. Adamı diz üstə çökdürdülər. Günahlarını oxudular. Əlləri bağlı idi. Donmuş kimiydi.
İki müxalif qulağına nəsə pıçıldadı. Gənc adam məsum və üzgün halda cavab verdi. Ərəbcə bilmədiyimdən nə dediklərini anlamadım. Müqavimət göstərdi. Amma boğazını kəsdilər”.