Kerri ilə Lavrovun `Əsəd planı` açıqlandı

Kerri ilə Lavrovun `Əsəd planı` açıqlandı
  15 Sentyabr 2013    Oxunub:1118
ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya ilə Bəşər Əsəd rejiminə məxsus kimyəvi silahların 2014-ci ilin ortasına qədər ləğv olunması haqqında razılığa gəldiklərini açıqlayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla əldə olunan razılığa əsasən, Əsəd rejimi bir həftə içərisində əlindəki kimyəvi silahların siyahısını təqdim etməli və Suriyanın kimyəvi silahları 2014-ci ilin sonuna qədər məhv edilməlidir.

S.Lavrov, Şam rəhbərliyinin müqavilənin qüvvəyə mindikdən 30 gün sonra kimyəvi silahlarını məhv etməyə başlayacağını söyləyib.

Suriyaya göndəriləcək BMT mütəxəssislərinin təhlükəsizliyindən isə Şam hökuməti məsuliyyət daşıyacaq.

AzVision.az








Teqlər:  





Xəbər lenti