Meksikanın Müstəqillik Günü yasa döndü

Meksikanın Müstəqillik Günü yasa döndü
  16 Sentyabr 2013    Oxunub:1138
Şiddətli qasırğalar müstəqillik gününü qeyd edən Meksikada 21 nəfərin həyatına son qoyub.
Ciddi dağıntılar və fəsadlarla müşahidə olunan İnqrid və Manuel tropik qasırğaları azı 21 nəfərin həyatına son qoyub. İtkin düşənlərin olduğu bildirilir. Şiddətli qasırğanın gətirdiyi leysan çayların məcrasından çıxması ilə nəticələnib. Xeyli sayda ev suyun altında qalıb. Küləklər yaşayış məskənlərini tanınmaz hala salıb.

Evlərindən didərgin düşən minlərlə insan müvəqqəti sığınacaqlara yerləşdirilib. Ölkənin cənubundakı liman şəhəri Akapulkoda torpaq sürüşməsi bir evi, içindəki 6 nəfərlik ailə ilə birgə yerin altına gömüb. Fövqəladə vəziyyət elan edən hökumət qasırğadan ziyan çəkən bölgələrə əlavə xilasetmə briqadaları göndərib.


Teqlər:





Xəbər lenti