Ukraynalı jurnalist Qarabağ sərhədçilərini saymadı

Ukraynalı jurnalist Qarabağ sərhədçilərini saymadı
  16 Sentyabr 2013    Oxunub:1284
“Pasportuma ştamp vurmayın, yoxsa məni Azərbaycana buraxmazlar”
Cənubi Qafqaz dünyada əsas təhlükələrdən biri hesab olunur. “Reportyor”un müxbiri Qleb Prostakov münaqişənin bütün tərəflərini məntiqi cəhətdən anlamaq üçün iki həftə regionda olub. Onun reportajından maraqlı hissələri təqdim edirik.

...Keçən həftə prezident Serj Sarkisyan qalmaqallı bəyanat verib: Ermənistan Rusiya, Belorus və Qazaxıstanın olduğu Gömrük İttifaqına (Gİ) daxil olmağa hazırlaşır. Bu qərar Avropa rəhbərlərini son dərəcə təəccübləndirmişdi. Çünki onlar belə hesab edirdilər ki, Ermənistan qərbi seçəcək və Ukrayna kimi Avropa Birliyi ilə assosiasiya haqqında saziş imzalayacaq. Sarkisyanın bəyanatı onun Vladimir Putinlə Moskvada danışıqlarından qabaq olub. Danışıqların əsas motivi açıqlanmasa da aşkardır: bu Dağlıq Qarabağ problemidir və Azərbaycanla yeni müharibənin artma ehtimalıdır.

Bir ay sonra oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçiriləcək. İlham Əliyevin üçüncü dəfə prezident olacağına şübhə yoxdur. Azərbaycanın son 10 ildə hərbi büdcəsi 20 dəfə artıb. 4 milyard (bu Ermənistan büdcəsinin yarısıdır) - ölkənin 13% gəliri, demək olar ki, silahın alınmasına və ordunun saxlanmasına sərf olunur. Bakı isə Qarabağı istənilən vaxt qaytara biləcəyini bildirir. Hər iki ölkədə cəmiyyət yeni müharibəyə hazırdır. Ermənilər Sumqayıt hadisələri haqqında, azərbaycanlılar isə Xocalıda yüzlərlə dinc sakininin həlak olduğunu unutmur. Bəziləri “dənizdən dənizə Böyük Ermənistan”ı xatırlayır, başqaları isə Bişkekdən Ankaraya qədər pantürkizm layihəsini xəyal edirlər.

Ermənistan və Azərbaycan indi davaya can atan və valideynlərinin - böyük dövlətlərin onları ayıracağını bilən yeniyetmə oğlanları xatırladır. Amma valideynlər yardım göstərməyə də bilərlər. 1918-ci ildə vəziyyət belə idi: Rusiya imperiyası dağılarkən ermənilər və azərbaycanlılar bir-biri qırırdılar. 1988-ci ildə belə idi, Sovet İttifaqının dağılması ərəfəsində iki xalqın köhnə inciklikləri Dağlıq Qarabağ üzərində yenidən alovlandı. Bu, indi də ola bilər – dünyanın başı Suriya və İrana qarışıb. Qara Bağ (Qarabağ) isə yenidən qana bulana bilər.

Yerevan - Gorus - Stepanakert (Xankəndi) Dağlıq Qarabağa aparan yeganə yoldur. Yerevandan Xankəndiyə uçuşları yeniləmək cəhdinə görə Azərbaycan Ermənistanı hava zərbəsi ilə təhdid edib.

Sərhəd rayonu Laçında qısa dayanacaq.

- Zəhmət olmasa heç bir qeyd aparmayın,- pasportumu araşdıran sərhədçiyə deyirəm. Dağlıq Qarabağa səfər haqqında qeyd Azərbaycana daxil olmağa maneə yaradacaq, bundan başqa, mən persona non-qrat elan ediləcəyəm.

Ağdam cəbhə xəttinin yanında yerləşən kabus şəhəridir. Bu gün o Çernobıl qəzasından çıxan şəhərə bənzəyir: yüz min əhali münaqişə zamanı şəhəri tərk edib, evlər tamamilə dağılıb. Ağdam bərpa olunmur. 2005-ci ildə müdafiə naziri, hazırda Ermənistan prezidenti Serj Sarkisyan demişdi: “Ağdam bizim vətənimiz deyil”.

Yerevanda anlayırlar ki, yeddi Azərbaycan rayonunu gec-tez qaytarmaq lazım gələcək. Azərbaycana getmək üçün qonşu Gürcüstandan keçmək lazım olur. Tiflis qatarı Bakıya təxminən 15 saata gedir. Bakı dəyişilir. Əvvəl 5 kilometr olan dənizkənarı bulvar bu gün 20 kilometr təşkil edir. Alov qüllələri üzərində bayrağın rənglərini canlandırır. Əgər ölkədə hər şey yaxşıdırsa Qarabağ Azərbaycana niyə lazımdır? Ölkə varlanır, insanlar varlanır, yeni müharibə isə bunu asanlıqla dağıda bilər. Ərazisinin kiçik hissəsi olmadan belə Azərbaycan başqadır. Ermənilər öz qələbəsi ilə öyünür və bunu nümayiş etdirirlər. Amma bu uzun müddət davam etməyəcək, hər şeyin bir sonu var. Azərbaycanda da, Ermənistanda olduğu kimi hər şeydə Rusiyanı ittiham edirlər. Abxaziya, Cənubi Osetiya, Qarabağ…bütün bunlar eyni siyasətin problemidir. Zaqafqaziyanın siyasi xəritəsi köhnə, yamaq edilmiş cinsə bənzəyir. Bu region böyük geosiyasi oyunların səhnəsidir. Şəxsi heç nə yoxdur, sadəcə siyasətdir. Amma azərbaycanlılar üçün hər şey əksinədir - burada yalnız şəxsi məsələ vardır.

- Ermənilər müharibə istəmir.

- Azərbaycanlılar isə Qarabağı qaytarmalıdır. Bakıda müharibə hiss edilmir, amma sərhədə yaxın yerlərdə güllə səsləri eşidilir. Onlar sanki tikan üstündə oturublar. Bu uzun müddət belə davam etməyəcək.

- Qarabağ sənin üçün nə ifadə edir?

- Uşaqlıqda uzun müddət Azərbaycanın şimalında yerləşən kənddə yaşamışam. Hər dəfə həmin kəndə gələndə nostalji hisslərə qapılıram. Həmçinin bir çox həmvətənlərimin vətən hesab etdiyi və unuda bilmədikləri Qarabağla bağlı. Səndən alınanı geri qaytarmaq lazımdır. Bu bizim qanımızdadır…

AzVision.az


Teqlər:  





Xəbər lenti