İran Twitter və Facebooku yenidən açdı

İran Twitter və Facebooku yenidən açdı
  17 Sentyabr 2013    Oxunub:1187
Twitter və Facebook sosial şəbəkələri İranda yenidən fəaliyyətə başlayıb.
AzVision.az xəbər verir ki, Tehranda olan The New York Times və The Washington Post qəzetlərinin müxbirləri bildirib ki, onlar həmin sosial şəbəkələrə asanlıqla daxil ola bilirlər. Eyni xidmət müxtəlif provayderlərdən istifadə etməklə sadə iranlılar üçün də mümkündür.

İranda Twitter və Facebook 2009-cu ildə bağlanmışdı. Sosial şəbəkələr Mahmud Əhmədinejadın yenidən prezident seçilməsinə qarşı çıxdığı üçün blok edilmişdi. Hakimiyyət ehtiyat edirdi ki, təşkilatçılar sosial şəbəkələrdən istifadə etməklə əhalini etirazlara cəlb edəcək. Qadağan edilmiş saytlara baxmaq üçün iranlılar virtual şəbəkə VPN-dən istifadə edirdilər, ancaq martda hökumət onu da bloklayır.

İranın yeni prezidenti Həsən Ruhani administrasiyası bildirib ki, islam respublikası idarəetmənin sərt prinsiplərindən imtina edir. Ruhani özü vurğulayıb ki, dünyada məşhur insanlar sosial şəbəkələrdən istifadə edir. Sentyabrın əvvəlində İran nazirlər kabinetinin bütün üzvləri özlərinə Facebook və Twitter sosial şəbəkəsində səhifə açıblar. Qərb KİV-i bildirir ki, İranın yeni rəhbərliyi xarici dünya ilə ünsiyyət qurmaq üçün sosial şəbəkələrdən istifadə etmək niyyətindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti