“Əl-Qaidə” girovlar haqqında məlumat yaydı
“Mən sağ-salamatam, amma məni ölüm gözləyir” - videoda fransız qrupun lideri Daniel Larib söyləyir. Girov Fransa hökuməti və ailəsindən kömək istəyib. Amma köməyin nədən ibarət olduğu naməlumdur.
Dörd fransız 2010-cu ilin sentyabrın 16-da Nigerdə, digər əcnəbilər 2011-ci ilin noyabrında Malinin şimalında Timbuktu şəhərində oğurlanıb.
“İslam məğribində Əl-Qaidə” terror qruplaşması Əlcəzairdə fəaliyyət göstərir. Təşkilat üzvləri tez-tez əcnəbilərə hücum edərək onları oğurlayır.
AzVision.az