Di Kaprio ABŞ prezidenti olacaq

Di Kaprio ABŞ prezidenti olacaq
  18 Sentyabr 2013    Oxunub:1306
Leonardo Di Kaprio ABŞ prezidenti Vudro Vilson rolunu ifa edəcək.
AzVision.az xəbər verir ki, Leonardo Di Kaprio yeni filmdə ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonu oynayacaq. Film Vilsonun Endryu Skot Berqin yazdığı bioqrafiya əsasında ekranlaşdırılacaq. Aktyor bildirib ki, xeyriyyəçiliklə məşğul olmaq üçün bir müddət kinodan uzaqlaşıb.

Tomas Vudro Vilson 1856-cı ildə anadan olub, 1913-1921-ci illərdə ABŞ prezidenti olub. 1917-ci ildə onun prezidentliyi dövründə ölkə Birinci dünya müharibəsinə daxil olub. 1919-cu ildə Vilson Millətlər Liqası haqqında razılaşma üçün fəal təşviqat aparırdı. Gərgin iş rejimi prezidentin sağlamlığına təsir göstərir və həmin il insult keçirir. The Hollywood Reporter vurğulayıb ki, məhz prezidentin bioqrafiyasından bu dramatik epizod yeni filmin çəkilişi üçün əsas olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti