Rusiya BMT-dən yeni araşdırma tələb etdi

Rusiya BMT-dən yeni araşdırma tələb etdi
  17 Sentyabr 2013    Oxunub:1144
Rusiya BMT-dən Suriyada kimyəvi silah tətbiqinin yenidən araşdırılmasını tələb edib.
Rusiya ilə Fransa Suriyada tətbiq olunan kimyəvi silaha görə gərginlik yaşayır. AzVision.az Reuters-ə istinadən xəbər verir ki, Rusiya avqustun 21-də Suriyada kimyəvi silah hücumu ilə bağlı BMT-nin hesabatının doğruluğuna şübhə etdiyini bildirib. Belə ki, Rusiya israrla suriyalı üsyançıları zarin qazından istifadə etməkdə ittiham edirdi. Fransa isə əksinə, kimyəvi silah hücumunda Suriya hökumətini təqsirləndirib.

Moskvada fransalı həmkarı Loren Fabiusla görüşən Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib ki, BMT-nin Dəməşqdə kimyəvi silah hücumu ilə bağlı hesabatı bütün suallara cavab vermir. Lavrov hesabatı ABŞ tərəfindən edilən təxribat adlandırıb və BMT-dən yenidən araşdırma aparılmasını tələb edib.

AzVision.az


Teqlər:





Xəbər lenti