“Şəhadət” filmi təqdim edildi - VİDEO
“Şəhadət” sənədli filmi haqqında məlumat verən DQİDK-nın şöbə müdirinin müavini C. Əlifzadə bildirib ki, film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Natiq qeyd edib ki, filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs olunur.
Yaxın Şərq ölkələrində baş verən qanlı toqquşmalara da toxunan C. Əlifzadə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi etdiyi respublikamızda ictimai-siyasi sabitlik hökm sürür. Bu gün bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da Azərbaycanın tarixi ənənələri dinlərin, məzhəblərin dinc, yanaşı yaşamasına imkan verir.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri S. Hüseynov bu cür filmlərin gənclər arasında təbliğ edilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirib.
AzVision.az
Teqlər: DQİDK