Mişel Obamadan sağlamlıq məsləhəti

Mişel Obamadan sağlamlıq məsləhəti
  19 Sentyabr 2013    Oxunub:1171
ABŞ-ın birinci xanımı Mişel Obama amerikalıları çoxlu maye qəbul etməyə çağırıb.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama mürəkkəb xarici siyasi məsələlərin həllinə çalışdığı halda, xanımı Mişel Obama vətəndaşların sağlamlığı üçün təşəbbüs göstərir. Bu dəfə birinci xanım amerikalıları çoxlu su içməyə çağırıb.

M.Obama Barak Obamanın birinci prezidentliyi dövründə ABŞ vətəndaşlarının sağlamlığı üçün təşəbbüs göstərməyə başlamışdı. 2010-cu ilin əvvəlində ABŞ-ın birinci xanımı uşaqların piylənməsi ilə mübarizə üçün “Let`s Move!” (“Gəlin hərəkət edək!") kampaniyası təşkil etmişdi. Bu dəfə Mişel Obama Viskonsin ştatının Votertaun şəhərində (Watertown – “su şəhəri”) olub və amerikalılara səslənərək onları sudan tibbi cəhətdən istifadəyə çağırıb. O, federal statistika məlumatlarına əsaslanaraq bildirib ki, ABŞ-ın 40 % sakini hər gün orqanizmə lazım olan 2 litr mayenin yarısını qəbul edir. Ekspertlərə görə, M.Obamanın yeni təşəbbüsü insanları qazlı içkilərdən çəkindirmək xarakteri daşıyır.

AzVision.az


Teqlər:  





Xəbər lenti