Xocalı hava limanının açılması barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti tanınmamış Dağlıq Qarabağ Respublikasının mülki aviasiya üzrə baş idarəsinin rəisi Dmitri Adabaşyana istinadən məlumat verib. Məlumatda bildirilir ki, “15 gündən sonra “Dağlıq Qarabağ Respublikası”na məxsus təyyarələr “Stepanakert”dən uçuşlar həyata keçirmək üçün texniki cəhətdən hazır olacaq”.
Adabaşyanın sözlərinə görə hava limanı da uçuşlar üçün tam hazır vəziyyətdədir. Hazırda təyyarələrə texniki baxış keçirilir.
Səbinə Həsənova