Ermənistan Gömrük İttifaqına bir addım da yaxınlaşdı

Ermənistan Gömrük İttifaqına bir addım da yaxınlaşdı
  19 Sentyabr 2013    Oxunub:1244
Ermənistan Gömrük İttifaqına daxil olmaq üçün tədbirlər proqramını təsdiq edib.


Tədbirlər proqramı həmçinin Gömrük İttifaqı ilə sənədləşmə işlərinin Ermənistanın hüquq bazası və onun beynəlxalq səviyyədə imzaladığı razılaşmalara uyğun həyata keçirilməsini nəzərdə tutur.

Ermənistan hökuməti sentyabrın 19-da keçirdiyi toplantıda Gömrük ittifaqına qoşulmaq üçün vacib olan fəaliyyət proqramını təsdiq edib.

Proqramı təqdim edən iqtisadi işlər nazirinin müavini Karine Minasyan bildirib ki, Ermənistan və Rusiya prezidentlərinin göstərişi ilə Ermənistanın Gömrük İttifaqına daxil olması prosesi çərçivəsində hazırlıq işlərinin həyata keçirilməsi məqsədilə danışıq qrupu yaradılıb.

“7 işçi qrupu yaradılacaq. Onlar bütün mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçirəcək. Burada Gömrük İttifaqı ölkələri ilə ümumi sərhədin olmamağı da nəzərə alınacaq.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan sentyabrın 3-də Moskvaya səfəri zamanı ölkəsinin Rusiyanın Gömrük İttifaqına qoşulmağa hazır olduğunu bildirib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti