Qəddafinin oğlu məhkəməyə çıxarıldı

Qəddafinin oğlu məhkəməyə çıxarıldı
  20 Sentyabr 2013    Oxunub:1118
Qəddafinin oğlu Liviya xalqına qarşı cinayət törətməkdə ittiham olunur.
Keçmiş Liviya prezidenti Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Zintan şəhər məhkəməsinə çıxarılıb. O, yanvarda ölkə təhlükəsizliyinin pozulmasında ittiham olunur. Məhkəmə 2012-ci ilin iyununda onun Beynəlxalq cinayət məhkəməsinin vəkili Melinda Teylorla görüşünü araşdırır. Prokurorluq bildirib ki, Qəddafinin oğlu vəkildən Liviyanın milli təhlükəsizliyini təhlükə altına qoyan sənədləri aldığı üçün ittiham olunur.

Məhkəmə prosesi bu gün Tripolidə baş tutub. Seyf əl-İslamla birgə devirilmiş Liviya rejiminin 38 keçmiş aktivisti, xüsusi xidmət orqanının keçmiş başçısı Abdulla əs-Sənusi də məhkəməyə çıxarılacaq. Qeyd edək ki, ittiham olunanlar Liviya xalqına qarşı cinayət törətməkdə təqsirli bilinirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti