Toni Bleyerin qızına silahlı hücum edildi

Toni Bleyerin qızına silahlı hücum edildi
  20 Sentyabr 2013    Oxunub:956
İngiltərənin keçmiş baş naziri Toni Bleyerin qızına silahlı hücum edilib.
AzVision.az xəbər verir ki, İngiltərənin keçmiş baş naziri Toni Bleyerin qızı Ketrin dostları ilə parkda gəzintiyə çıxan zaman naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Metropolitan polisinin məlumatına görə, pul və cəvahirat oğruları şübhəli şəxslər iki nəfərdən ibarət olub. Oğrular T.Bleyerin 25 yaşlı qızını hədəfə alsalar da, Ketrinə xətər toxunmayıb. Polisin sözlərinə görə, atəş açılmayıb, xəsarət alan olmayıb və heç bir cəvahirat oğurlanmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti