Hava məkanı prezidentin üzünə bağlandı

Hava məkanı prezidentin üzünə bağlandı
  20 Sentyabr 2013    Oxunub:1220
ABŞ, cümə günü Çinə uçmalı olan Venesuela prezidenti Nikolas Maduronun təyyarəsi üçün öz hava məkanını bağlayıb.
Bu barədə Venesuela XİN rəhbəri Elias Xaua məlumat verib. O bildirib:
`Biz ÇXR-ə uçuşumuz ərəfəsində ABŞ hökumətinin hava məkanından istifadə üçün rədd cavabı aldıq`.

"Biz bunu Şimali Amerika imperiyasının daha bir təcavüzü kimi qəbul edir və qətiyyətlə pisləyirik" deyən nazir, qeyd edib ki, "heç kəs beynəlxalq, özü də rəsmi səfərdə olan bir prezidentin təyyarəsinin uçuşunu qadağan edə bilməz və icazə verməmək üçün heç bir səbəb yoxdur".

Xaua bildirib ki, əgər ABŞ hökuməti öz qərarını dəyişməsə Venesuela lazımi tədbirlər görəcək. XİN rəhbəri konkret olaraq nə kimi tədbirlərin görüləcəyini açıqlamayıb.

Qeyd edək ki, Venesuella prezidenti Nikolas Maduro Çinə bu gün yola düşməyi planlaşdırıb. Səfər sentyabrın 24-nə qədər davam edəcək.

S.Həsənova


Teqlər:  





Xəbər lenti