Erməni deputat: “Ermənistanın müstəqilliyi təhlükə altındadır”

Erməni deputat: “Ermənistanın müstəqilliyi təhlükə altındadır”
  21 Sentyabr 2013    Oxunub:1766
“Ermənistan prezidentini Moskvaya çağırdılar və bu bəyanatı səsləndirməyə məcbur etdilər“.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri sentyabrın 20-si İrəvanda keçirilən mitinq zamanı "İrs" partiyasının parlament fraksiyasının katibi Zarui Postancyan səsləndirib.

Xanım deputatın sözlərinə görə, Ermənistan prezidenti Moskvaya çağırılıb və onu müəyyən bəyanatlar səsləndirməyə məcbur ediblər ki, bu da Ermənistan üzərindəki təhlükədən xəbər verir : "Çünki sabah onu Kremlə çağırıb daha təhlükəli bəyanatlar verməyə məcbur edə bilərlər".

Postancyanın fikrincə, bugünkü problemlərin səbəbi ondadır ki,1995-ci ildən etibarən Ermənistanda hakimiyyət heç zaman seçilməyib, xalqa sıranıb ki, bu da ölkə həyatının tənəzzülünə gətirib çıxarıb.

Erməni deputat vəziyyətdən çıxış yolunu hakimiyyətin dəyişməsi və qondarma Dağlıq Qarabağ respublikasının tanınmasında görür.


Teqlər:  





Xəbər lenti