`BlackBerry` 4500 işçisini qovacaq

`BlackBerry` 4500 işçisini qovacaq
  21 Sentyabr 2013    Oxunub:1243
Smartfon istehsalçısı `Blackberry` maliyyə itkisinin qarşısının almaq üçün 4500 iş yerini ixtisar etməyi qərara alıb.
Hazırda şirkətin əməkdaşı 11,5 min nəfərdən ibarətdir. AzVision.az BBC-yə istinadən xəbər verir ki, təxminən 40 % əməkdaş işdən çıxarılacaq.

`BlackBerry` istehsalçısı 2012-ci ildə işçilərin kütləvi ixtisarlarına başlamışdı. Həmin ildə təxminən on beş min əməkdaş işdən çıxarılmışdı. Şirkətin ikinci rübünün nəticəsinə görə zərəri 995 milyon dollar olub. İş yerlərinin ixtisarından başqa, xərclərin ixtisarı üçün `BlackBerry` smartfon modellərinin miqdarını azaltmağı fikirləşir.

AzVision.az


Teqlər:





Xəbər lenti