Türkiyə Suriya sərhədinə qoşun yığır
![Türkiyə Suriya sərhədinə qoşun yığır Türkiyə Suriya sərhədinə qoşun yığır](https://azvision.az/photos/21112005.759779.9250.jpg)
Bir gün əvvəl döyüşçülər Əsəd tərəfdarlarının nəzarəti altında olan Əzzaz şəhərini tutduqdan sonra İstanbul Suriya ilə sərhədi bağlayıb. Bundan başqa, yüzlərlə suriyalı radikal “Əl-Qaidə”nin qolu “Qələbə cəbhəsi” qruplaşmasına qoşulduğunu bəyan edib. Qeyd edək ki, naməlum şəxslər tərəfindən Ankarada polis departamentinə silahlı hücumdan sonra Türkiyənin qorxusu daha da artıb.
AzVision.az