İraqda bir neçə terror aktı törədilib

İraqda bir neçə terror aktı törədilib
  22 Sentyabr 2013    Oxunub:1128
İraqda sentyabrın 21-də törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 96-a çatıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayışlardan biri yas çadırının yaxınlığında baş verib. Daha sonra isə başqa bir avtomobil terrorçu-kamikadze tərəfindən partladılıb. Son illərin ən qanlı terror aktı sayılan bu hadisə nəticəsində 72 nəfər ölüb, 120-dən çox insan yaralanıb.

Paytaxt Bağdaddan 200 km aralıda yerləşən Bayci şəhərində polis geyimində olan 4 terrorçu kamikadze polis xüsusi təyinatlıların bazasına soxularaq üzərilərindəki partlayıcı qurğuları işə salıb. Partlayış nəticəsində 7 nəfər ölüb, daha 20 polis yaralanıb. Həmçinin ölkənin digər bölgələrində də partlayışlar törədilib, ölənlərin ümumi sayı 96-a çatıb.

AzVİsion.az


Teqlər:





Xəbər lenti