İçində 150 minlik qızıl olan maşın qaçırılıb
Belə ki, 1962-ci il təvəllüdlü Mingəçevir şəhər sakini, qızıl mağazasının sahibi Azər Nazim oğlu Müzəffərov axşam saatlarında həmişə olduğu kimi dükandakı bütün qızıl-zinət əşyalarını xüsusi çantaya yığaraq “VAZ-2107” markalı avtomobilinə qoyub işə saldıqdan sonra obyekti bağlamağa gedib. Bu zaman avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.
Faktla bağlı araşdırmalara və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
AzVision.az
Teqlər: Mingəçevir Qızıl Maşın







Vaxtında, Aydın, Lazımlı!


