Rusiyada azərbaycanlıların iştirakı ilə atışma
Hüquq-mühafizə orqanlarının məlumatına görə, “Alşam” kafesində dava edənlər səkkiz müştəri olub. Onlar biri-birilərinə qarşı travmatik silahdan istifadə ediblər. İnsident nəticəsində iki müştəri xəsarət alıb və onlara tibbi yardım göstərilib. Münaqişənin bütün iştirakçıları hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
AzVision.az