Kilsə partladıldı: 81 ölü - FOTOLAR

Kilsə partladıldı: 81 ölü - FOTOLAR
  23 Sentyabr 2013    Oxunub:1709
Pakistanın Peşəvər şəhərindəki kilisələrin birində terror aktı törədilib.
Nəticədə 81 nəfər həlak olub. 120 nəfər yaralanıb. Onların bir çoxunun vəziyyəti ağırdır. Təhlükəsizlik əməkdaşlarının məlumatına görə, partlayışı naməlum şəxslər həyata keçirib. Kamikadze kilsəyə daxil olan kimi özünü partladıb. Hadisə zamanı kilsədə azı 600-ə qədər insan olub.

Terror aktını hansı qruplaşmanın həyata keçirdiyi hələki məlum deyil. Hazırda Peşəvər şəhərində giriş və çıxış tam nəzarət altındadır. Polis növbəti hücumlardan ehtiyat etdiyi üçün vətəndaşlardan diqqətli olmağı və şübhəli insan və əşya gördükdə təhlükəsizlik əməkdaşlarına məlumat verməyi xahiş edib.

S. Həsənova
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti