Lavrov:`ABŞ bizi şantaj edir`

Lavrov:`ABŞ bizi şantaj edir`
  23 Sentyabr 2013    Oxunub:1280
"Rusiya Amerika Birləşmiş Ştatlarının Suriya münaqişəsi ilə bağlı yeni şərtlər irəli sürməsindən bərk narahatdır".
Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib. O bildirib ki, artıq rəsmi Vaşinqton Moskvanı şantaj etməyə başlayıb. Rus diplomatın sözlərinə görə, Amerika Rusiyadan Suriyaya qarşı hərbi əməliyyatlara icazə verən BMT Təhlükəsizlik Şurasının 7-ci maddəsini qəbul etməyi tələb edir. Amma bu Moskva ilə Vaşinqton arasında əldə olunmuş razılığa tam ziddir.

Lavrov qeyd edib ki, yalnız BMT Suriyada sülhü təmin etmək üçün bu ölkəyə sülhməramlılar göndərə bilər. Artıq bu məsələ müzakirə olunub və müsbət cavab alınıb. Rus diplimat bildirir ki, Suriya ordusunun kimyəvi silahlardan istifadə etdiyini təsdiqləyən dəlillər onlara təqdim olunmayıb. Nədənsə həm Birləşmiş Ştatlar, həm də Fransa kimyəvi silahlarla bağlı dəlilləri ortalığa çıxarmır.

S.Həsənova


Teqlər:





Xəbər lenti