“Müsəlman qardaşlar”a qadağa

“Müsəlman qardaşlar”a qadağa
  24 Sentyabr 2013    Oxunub:1197
Məhkəmə “Müsəlman qardaşlar” təşkilatının fəaliyyətini qadağan etdi
Misir məhkəməsinin qərarı ilə Misir ərazisində “Müsəlman qardaşlar” təşkilatının və assosiasiyasının fəaliyyəti qadağan edildi. Müddətli işlərə baxılması üzrə məhkəmənin qərarına əsasən “Müsəlman qardaşlar” assosiasiyası qeyri-kommersiya ictimai təşkilatı statusundan məhrum olundu.

Məhkəmənin qərarına uyğun olaraq təşkilatın bütün əmlakı, o cümlədən nümayəndəlikləri, ofisləri və maliyyə aktivləri üzərində həbs qoyulub. Misir məhkəməsi müsadirə olunmuş maliyyə vəsaitlərinin idarə edilməsi üzrə müstəqil hökumət komissiyası yaradılması barədə göstəriş verib.


Teqlər:  





Xəbər lenti