BMT ekspertləri yenidən Suriyaya yollanacaq

BMT ekspertləri yenidən Suriyaya yollanacaq
  24 Sentyabr 2013    Oxunub:957
BMT-nin kimyəvi silah üzrə ekspertlər qrupu yenidən Dəməşqə gedəcək.
AzVision.az xəbər verir ki, qrupa isveçli professor Oke Selstrom rəhbərlik edəcək. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Ekspertlər avqustun 21-də Dəməşq ətrafında kimyəvi silah hücumunun digər epizodlarını araşdıracaqlar. Qeyd edək ki, BMT ekspertləri kimyəvi silah araşdırmasının nəticəsi ilə bağlı hesabatını təqdim etsə də, Rusiya onu natamam adlandırmışdı. Rusiya iddia edir ki, kimyəvi silahla bağlı hadisənin bütün epizodları nəzərə alınmayıb və BMT-dən yenidən araşdırma aparılmasını tələb edib. Ekspertlər sentyabrın 25-də Suriyaya yola düşəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti