Keniyada matəm elan olundu FOTO

Keniyada matəm elan olundu FOTO
  25 Sentyabr 2013    Oxunub:1381
Keniyanın prezidenti Nayrobidə 67 nəfərin ölümü ilə nəticələnən dəhşətli terror aktı qurbanlarının xatirəsinə üçgünlük matəm elan etdi. Baş verənlərin dəhşəti fotolarda:
Azvision.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Keniya prezidenti Uhuru Keniatta Nayrobidə 67 nəfərin həlak olması ilə nəticələnən terror aktı qurbanlarının xatirəsinə çərşənbə axşamı üçgünlük matəm elan edib.

Ötən şənbə günü Nayrobidə bir qrup silahlı adamlar dəbdəbəli Westgate ticarət mərkəzinə gələn insanlara hücum ediblər. Hücuma görə məsuliyyəti Əl-Qaidə beynəlxalq terrorçu təşkilatı ilə əlaqəli olan "Əş-Şəbab" qruplaşması üzərinə götürüb.

200 nəfər xilas olunanlardan 175 nəfəri tibbi yardım üçün müraciət ediblər.

Prezidentin sözlərinə görə, əməliyyat zamanı "Əş-Şəbab" yaraqlıların beş nəfəri öldürülüb, daha 11 nəfəri saxlanılıb.

Qalereya




Teqlər:  





Xəbər lenti