Netanyahu:Ona inanmayın

Netanyahu:Ona inanmayın
  25 Sentyabr 2013    Oxunub:1643
İsrailin baş naziri dünya ictimaiyyətini axmaq vəziyyətə düşməməyə çağırıb
Dünya İsrailin baş naziri Benyamin Netanyahu İran prezidenti Həsən Ruhaninin BMT-nin baş assambleyasının 68-ci sessiyasında çıxışı ilə bağlı ölkəsini təmsil edən dipolmatlara müraciət edib. Netanyahu bildirib ki, Ruhani çıxış edən zaman diplomatlar buna etiraz olaraq iclası tərk etməlidirlər. Onun sözlərinə görə, dünya ictimaiyyəti Ruhaninin mötədil sözlərinə inanmamalı və axmaq vəziyyətinə düşməməlidir.

"Mən prezidenti Barak Obamanın İranla bağlı sözlərini yüksək qiymətləndirirəm. Həqiqətən də, İranın barışıq niyyətli sözləri onun əməlləri ilə üst-üstə düşməlidir. Mən bu barədə gələn həftə Vaşinqtonda cənab Obama ilə görüş keçirəcəm. İran düşünür ki, sakitləşdirici və formal sözlərlə nüvə bombası planlarının reallaşdıra biləcək. Şimali Koreya kimi İran da kosmetik güzəştlərlə ona qarşı tədbiq olunan sanksiyaların ləğv olunmasına çalışır. Digər tərəfdən isə, nüvə silahı əldə etmək üçün fəaliyyətini tezləşdirir. İsrail isə, əlbəttə, İranın nüvə silahı planlarının ləğvində səmimi siyasətini müsbət qarşılayardı. Lakin biz rəsmi Tehranın bu yalanlarına aldanmayacağıq. Həmçinin, dünyada buna inanmamalıdır"

Netayahu çıxışı zamanı Ruhanini yəhudilərin soyqırımını tanımamaqda ittiham edib və bildirib ki, rəsmi Tehran İsrailin varlığını qəbul etmədikcə BMT nümayəndələri onun sözlərini dinləməyəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti