Məleykə Əsədova Ramiz Məlikdən əl çəkmir - Növbəti şikayət

Məleykə Əsədova Ramiz Məlikdən əl çəkmir - Növbəti şikayət
  09 Yanvar 2018    Oxunub:4358
Xalq artisiti Məleykə Əsədova aktyor həmkarı Ramiz Məlikə qarşı qaldırdığı iddia üzrə Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi qərardan apellyasiya şikayəti verəcək.

Bu barədə AzVision.az-a M.Əsədovanın vəkili Tağı Hüseynov məlumat verib.
“Məleykə xanım hazırda ölkədə yoxdur. Buna görə məhkəmədən sonra mətbuata geniş açıqlama ilə çıxa bilmədim. Aktrisa vətənə geri qayıtdıqdan sonra apellyasiya şikayəti veriləcək” – vəkil deyib.

Qeyd edək ki, ötən gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı və R.Məlikin ona qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib. Hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hər iki iddia təmin edilməyib.

Xatırladaq ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyi iddiası ilə məhkəməyə müraciət edib, həmkarından 200 min manat məbləğində təzminat istəyib. R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Məleykə-Əsədova   Ramil-Məlik  





Xəbər lenti