“Hər şey indi başlayır” filminin premyera öncəsi nümayişi keçirilib - FOTO

“Hər şey indi başlayır” filminin premyera öncəsi nümayişi keçirilib - FOTO
  10 Yanvar 2018    Oxunub:2509
Gənclik Mall TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Hər şey indi başlayır” adlı Amerika savaş komediya filminin premyeradan öncə nümayişi keçirilib.
Sloqan "Yığıncağımız isti olacaq" filmin macəra ilə dolu olmasına işarədir.

AzVision.az xəbər verir ki, filmin rejissoru Ron Şelton. Əsas rollar Morgan Freeman, Tommy Lee Jones və Rene Russo kimi tanınmış aktyorlara verildi.

Qisaca film haqqında: Bir vaxtlar iri cinayətkar qruplaşmaların parlaq vəklili olan Dyük, şahidlərin müdafiəsi proqramı altında olarkən Kapridə möhtəşəm villada, qonaqları üçün dəlisov bayramlar keçirərək və adi günləri parlaq Jazz-a çevirərək əylənir. Bir gün Milad bayramı ərəfəsində sabiq FTB agenti Leo villaya gəlir və hər şeyi alt-üst edir. Lakin sən demək, hər şey hələ indi başlayır: Leonun ardınca villaya Leo və Dyükda incikləri qalan mafiya nümayəndələri də gəlir. Əyləncə gecəsi çox qızmar olacaq!

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.











Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: CinemaPlus  





Xəbər lenti