ABŞ və Rusiya razılığa gəldi

ABŞ və Rusiya razılığa gəldi
  27 Sentyabr 2013    Oxunub:1039
Kimyəvi silahların ləğvi üçün hazırlanan layihə BMT baş assamleyasında müzakirəyə çıxarılacaq
Dünya ABŞ və Rusiya Suriyada kimyəvi silahların məhvi məsələsində razılığa gəlib. BMT Təhlükəsizlik Şurasının Daimi nümayəndəsi olan ölkələrin bu istiqamətdə hazırladığı qətnamə layihəsi Baş assambleyada müzakirəyə çıxarılacaq. Layihənin BMT TŞ-yə üzv olan 15 ölkənin səsverməsinə çıxarılaraq qəbul edilməsi gözlənilir.

Bu barədə jurnalistlərə məlumatı ABŞ Dövlət katibi Con Kerri verib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer isə layihə mətnində bəzi sanksiyaların da olduğunu, bu layihə mətninin Suriya rejiminə şamil olunacağını bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov razılığa gəlidklərini bildirsə də bu barədə ətraflı məlumat verməyib.


Teqlər:  





Xəbər lenti