Ayka Səsverənka, lideri də uduzanka – KARİKATURA
Əslində isə Kərimlinin uduzmasının çox sadə bir səbəbi var.
Bu yaxınlarda onun da, Cəmil Həsənlinin də səhifələrindən on minlərlə izləyici profil silinmişdi. Cəbhəçilər bunu ənənəvi olaraq hakimiyyətin üstünə atsalar da, səbəb aydın idi ki, bu, “Feysbuk”un saxta profillərə qarşı apardığı mübarizə çərçivəsində baş verib. “Feysbuk” administrasiyası xüsusi proqramlar vasitəsilə bütün dünyada saxta profilləri tapır və ləğv edir.
Həmin on minlərlə profil Əli Kərimlinin və Cəmil Həsənlinin təkcə səhifələrindən azalmayıb. Onlar həm də potensial “səs verən” idilər ki, indi əldən çıxıblar. Kərimlinin virtual səsvermədə uduzmasının səbəbi də məhz bundadır.
Teqlər: #Əli-Kərimli #Saxta-profil