Cənubi Azərbaycanda zəlzələ

Cənubi Azərbaycanda zəlzələ
  28 Sentyabr 2013    Oxunub:1331
Bu gün günorta saatlarında İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib.
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Qərbi Azərbaycan vilayətinin Silvanə bölgəsi olub.

Məlumata görə, 4.6 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə 14:02-də (yerli vaxtla saat 13:32-də) yerin 10 km dərinliyində meydana gəlib. Təbii fəlakət Silvanədən 24 km, Urmiyadan 24 km, Üşnəviyyədən 33 km və Tehrandan 593 km uzaqlıqda baş verib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.



Teqlər:





Xəbər lenti