Elektrik mühərrikli avtomobillərin Formulası olacaq

Elektrik mühərrikli avtomobillərin Formulası olacaq
  28 Sentyabr 2013    Oxunub:1708
Bu ay Frankfurt avtosalonu bir çox yeni avtomobillərlə təəcübləndirdi. Lakin bu dəfə nümayiş edilənlər sırasında daha çox təəcübləndirən bir 4-çarx var idi.
AzVision.az The Economist saytına istinadən xəbər verir ki, SRT-01E avtomobili adi formula maşınlarına oxşasada tam elektrik mühərriklə və akumulyatorla təchiz olunub. Bu tip avtomobillər artıq tam şəkildə elektrikləşdirilmiş “Qran-pri”-nin iştrakçılarıdır. 2014-cü ilin sentyabrında, Londonda keçirilən yarışın adı “Formula E” adlanır. Artıq bundan sonra Bankoq, Pekin, Berlin, Buenos-Ayres, Los-Anceles, Mayami, Monako, Rio-Dejaneyro, Roma şəhərləri formulaya sahib çıxacaq. Lakin bir çox müşahidəçilərin fikrincə “Formula E” yarışları az pərəstişkar toplayacaq. Beləki, “Formula-1” dən fərqli olaraq “Formula E”-nin maşınları həm daha az sürətli, həm də elektrikləşmiş olduqlarından daha az məsafə qət edəndir.

Beynəlxalq Avtoİdman Federasiyasının (AİF) ideyası isə ona yüklənib ki, bu yarış gələcəkdə elektrik mühərrikli avtomobillərin istehsalın artırsın. Bu niyyətlə Federasiya yarışlara yüklü sponsorlarda cəlb edib. Onuda nəzərə alaq ki, bu tip avtomobillərin artıq yarış üçün istehsalı mühərrik və aerodinamika sarıdan inkişaf deməkdir. Deməli gələcəkdə bizi qane edən tam elektrik mühərrikli avtomobillərdən həyatımızda istifadə etməyimiz mümkündür. Hər bir halda tədbiri dünya ekologiyasına bir töhfə bilərək təqdirəlayiq saymaq olar.


Teqlər:  





Xəbər lenti