Hindistanın cənubunda 5-mərtəbəli evin çökməsi nəticəsində 41 adam həyatını itirib.
AzVision.az İtar-tass- istinadən xəbər verir ki, evin çökməsi nəticəsində 41 nəfər həyatını itirib, 32 yaralı var. Faciə Maxaraştra ştatının Mumbai şəhərində baş verib. Hadisə yerində ağır texnika və yanğınsöndürmə hissələrinin iştrakı ilə xilasetmə işləri davam edir. İlkin məlumatlara görə hadisə 30 yaşlı binanın yaşayışa yararsız olduğundan baş verib. Qeyd edək ki. bir neçə ay ərzində Hindistanın iqtisadi paytaxtı olan Mumbaidə 5- ev çöküb. Bunlar arasında bu ilin aprel ayında 70-nəfərin ölməsi ilə nəticələnən evin çökməsi də yer tutur.