Tarix Muzeyində etnoqrafik xalça qorunur
Xalça 1916-cı ildə çəkilmiş bir fotoşəkil əsasında hazırlanıb. Fotoşəkil xalçanın əsas mərkəzi hissəsinə həkk olunub. Üzərindəki mətnə əsasən isə “Cənabi-möhtərəm Ənvər bəy əfəndi”, “Cənab Şevkət Paşa həzrətləri”, “Cənab Yusif İzzətdin” və “Sultan V Məhəmməd Rəşad xan həzrətləri”nin fotoşəkilləri verilib.
Xalçanın haşiyələrindən birinə fars dilində yazılmış şeir, digər haşiyədə isə Qarabağın məşhur nəlbəkigülü toxunub.
Muzeydən bildirilib ki, xalça Azərbaycan etnoqrafiyasının və XX əsrin əvvəllərində Azərbaycan–Osmanlı əlaqələrinin tədqiqi üçün əhəmiyyətli mənbədir.
AzVision.az