2 milyon insan zərər çəkib FOTO

2 milyon insan zərər çəkib FOTO
  30 Sentyabr 2013    Oxunub:1827
Tayland Krallığında daşqın nəticəsində 2 milyondan artıq insan zərər çəkib
AzVision.az Gazeta.ru-ya istinadən xəbər verir ki, Taylandda 10-gündən artıq davam edən leysan yağışları nəticəsində baş verən daşqında 2 milyon insan zərər çəkib.

Fəlakətin əsas yükü ölkənin 30 əyaləti öz üzərinə götürüb. Minlərlə evi su basıb, yollar örtülüb.

Ölkənin baş naziri Yinqlak Çinavat Paçinburi əyalətin ziyarət edib. Orda suyun səviyyəsi artıq 2-metrə qalxıb. Dövlət əyalətlərdə vəziyyətin ağır olduğunu bildirir. Humanitar yardım kimi bu bölgələrə rezin qayıqlar, düyü və quru meyvələr göndərilib.

Bu arada Tayland Krallığının meteoroloji şöbəsi ölkənin şimal-şərq və şərq hissəsində leysan yağışların olacağı haqda xəbərdarlıq edib.

Təbii hadisənin dəhşətləri havadan çəkilən şəkillərdə öz əksini tapıb.

Qalereya




Teqlər:  





Xəbər lenti