Suriya BMT-nin qərarı ilə razılaşdı

Suriya BMT-nin qərarı ilə razılaşdı
  30 Sentyabr 2013    Oxunub:1055
Bəşər Əsəd: `Biz də əslində kimyəvi silahların qadağan edilməsinin tərəfdarıyıq.`
`Kimyəvi silahları məhv etmək bizim niyyətimiz idi". Bu sözləri Suriya prezidenti Bəşər Əsəd İtaliya televiziyası "Rai News 24"ə müsahibəsində deyib. Əsəd BMT-də Suriya silahlarının zərərsizləşdirilməsiə dair qəbul edilən qətnaməni qiymətləndirib.
O, BMT bu qərarı verməmişdən öncə, özləri kimyəvi silahların əldə edilməsi və istifadəsini qadağan edən razılaşmanı imzalayıblar.

`2003-cü ildə BMT Təhlükəsizlik Şurası Yaxın Şərqi bu tip silahlardan təmizlənməsini məsləhət görmüşdü. Bizim bütün bu şərtlərə əməl etməyimiz gərəkdiyi açıqdır. Bu əslində bizim istədiyimiz bir şeydir. Qərarla bağlı deyil. Doğurdanda bu bizim niyyətimiz idi". Əsəd Suriyanın BMT-nin qərarına riayət edəcəklərini deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti