Gürcü rejissoru Musiqili Teatrda olub
İrakli Gogia Azərbaycan və türkdilli ölkələrin örnək ola bilən teatrları ilə rəhbərlik etdiyi teatrın sıx əməkdaşlığının yaradılması təklifi ilə çıxış edib. O, Musiqili Teatrda böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşaya da baxıb. Tanınmış teatr xadimi fikirlərini xoş təssüratlarla dilə gətirib: “Zaqafqaziyada möhtəşəmliyi ilə seçilən Azərbaycan Dövlət Musiqili Teatrında tamaşa seyr etmək sözün əsl mənasında, mənə zövq verdi. Yaradıcı heyətin gərgin əməyinin açıq-aşkar göründüyü bu sanballı səhnə əsərini yaxın gələcəkdə bizim teatrlarda da görmək istəyirəm. Əslində bu tamaşanın rejissoru İradə Gözəlova ilə uzun illərdir ki, bir-birimizi tanıyırıq, dostluq və işgüzar münasibətlərimiz var. Gürcü teatrları hər zaman Azərbaycan rejissorlarının quruluş verdiyi tamaşaları Gürcüstan teatrlarının səhnəsində görmək arzusundadır”.
Əliqismət Lalayev istedadlı gürcü rejissorunun irəli sürdüyü təklifləri müsbət qarşılayaraq mövcud əlaqələri yüksək qiymətləndirib və bu münasibətlərin gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrin inkişafına daha da təkan verəcəyinə ümidvar olduğunu bildirib.
AzVision.az
Teqlər: