Obama ilə danışdığı üçün Ruhaniyə yumurta atdılar-VİDEO

Obama ilə danışdığı üçün Ruhaniyə yumurta atdılar-VİDEO
  30 Sentyabr 2013    Oxunub:1143
BMT-nin Baş Assambleyasından Tehrana qayıdan İran prezidenti Həsən Ruhanini ölkəsində etiraz nümayişləri ilə qarşılanıb.
ABŞ prezidenti Barak Obama ilə danışdığı üçün Ruhanini bağışlamayan etirazçılar, onun üzərinə yumurta və ayaqqabı atıblar. Bu barədə məlumatı The New York Times-ın əməkdaşlarından biri öz tvitter səhifəsində paylaşıb.

Hadisə Tehran Aeroportunda baş verib. Əksəriyyəti tələbələrdən ibarət olan bir qrup iranlı İranın nüvə proqramı ilə bağlı Qərbə güzəştə getməyə etiraz əlaməti olaraq aeroportun ərazisinə toplaşıblar. Ruhaninin avtomobilini görən kimi əllərinə keçəni, o cümlədən yumurta və ayaqqabılarını onun üzərinə atıblar. Son məlumata görə, prezidentə ayaqqabı atan iki nəfər həbs olunub.

Bu arada, Birləşmiş Ştatlarda da prezidentlərin danışığına etiraz olaraq analoji aksiya keçirilib.Amerikalılar əllərində üzərində `Obama qatil Ruhaniyə zəng etməyə son qoy ` şüarları yazılan plakatlarla Ağ evin qarşısına toplaşaraq etirazlarını bildiriblər.

Xatırladaq ki, ötən həftənin cümə günü İran prezidenti Həsən Ruhani və ABŞ prezidenti Barak Obama arasında 1979-cu ildən sonra ilk dəfə telefon danışığı baş tutub. Ağ evin yüksək çinli rəsmilərindən birinin verdiyi məlumata görə, iki ölkə arasında nüvə danışıqları prezident səviyyəsində davam etdiriləcək.

Hər iki tərəf problemin yaxın günlərdə, ən 3- 6 aya həll ediləcəyini bildirirlər.

S. Həsənova
AzVision.az


Qalereya




Teqlər:  





Xəbər lenti