Suriyalı qaçqınlar Vətənə qayıdın!

Suriyalı qaçqınlar Vətənə qayıdın!
  01 Oktyabr 2013    Oxunub:1158
Rəsmi Dəməşq suriyalı qaçqınları geri çağırdı.
Suriyanın xarici işlər naziri Valid Müəllim suriyalı qaçqınları xaricdəki düşərgələrdən ölkəyə qayıtmağa çağırıb. AzVision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, o, bəyan edib ki, hökumət ölkəni tərk edənlərin təhlükəsizliyinə təminat verir.

“Bu tribunadan Suriya vətəndaşlarını öz şəhər və kəndlərinə qayıtmağa çağırıram. Dövlət onların təhlükəsiz qayıdışına və hazırda yaşadığı düşərgələrdəki qeyri-insani şəraitdən fərqli yaşayışlarına təminat verir”, - nazir BMT Baş Assambleyasındakı çıxışında deyib.

Valid Müəllim bildirib ki, suriyalılar bəzi ölkələrdə hərbi təlim düşərgələrində və ya cəzaçəkmə müəssisələrinə bənzər yerlərdə yaşayırlar.

Qeyd edək ki, 2011-ci ilin martında başlayan münaqişə zamanı Suriyada 100 mindən çox adam ölüb, 4,2 milyondan çox sakin ölkə ərazisindən, 2 milyon nəfər isə qonşu ölkələrdə qaçqın kimi yaşayır.


Teqlər:





Xəbər lenti