“Ögey ana” filmi ilə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
Kinoda həyəcanın kulminasiya nöqtəsi hesab olunan dağdan çiçəyin qopardılması və partlayış səhnəsini də Ceyhun Mirzəyev yox, məhz Vaqif Babayev oynayıb.
Çəkilişlər zamanı yaddaqalan anlar da az olmayıb. Aktyorluq təcrübəsi olmasa da, səhnələrə peşəkar kimi çəkilən Vaqif Babayev bu işə görə həmin vaxt müəyyən qonorar də alıb. Bu film daha sonra aktyor və dublyor arasında sıx dostluq münasibətlərinin yaranmasına gətirib çıxarıb.
Vaqif Babayev bu filmdən sonra özünü aktyor kimi sınamaq istəsə də, bəzi səbəblərdən bu alınmayıb. Daha sonra o, başqa ixtisas üzrə təhsilini davam etdirib. Hazırda pensiyaçı olan Vaqif Babayev uzun müddət xalçaçılıqla məşğul olub. (Xəzər TV)
AzVision.az
Teqlər: Ögey-Ana Film İsmayıllı