BMT müşahidəçiləri Suriya tərk etdi
Buna səbəbə isə uşaqların kifayət qədər qida tapmamasi və tibbi ləvazimatlarla təhciz edilməməsidir. Bu arada Suriyada kimyəvi silahdan istifadə hallarını araşdıran BMT-nin nümayəndə heyəti ölkəni tərk edib. Kütləvi qırğın silahından istifadə ilə bağlı 7 halın aşkarlandığını bildirən heyət üzvləri də özlərindən əvvəlki qrupdan fərqli faktlar ortaya qoymayıb.
Onlar da bildirib ki, zarin qazı istifadə edilməklə kimyəvi silah tətbiq edilib. Bununla belə bu silahdan kimin istifadə edildiyinə aydınlıq gətirilməyib. Onların ardınca isə Suriyaya kimyəvi silahların məhvi ilə məşğul olacaq yeni heyətin gələcəyi gözlənilir.