Suriya kimyəvi silahların məhvinə başladı

Suriya kimyəvi silahların məhvinə başladı
  01 Oktyabr 2013    Oxunub:2740
Bu gün Dəməşqə BMT və kimyəvi silahların qadağan edilməsi üzrə təşkilatın 20 müfəttişindən ibarət qrup yollanır
Bu gündən Suriyada kimyəvi silahların məhvi istiqamətindəki əməliyyatın birinci mərhələsinə start verilir. Əməliyyat BMT və kimyəvi silahların qadağan edilməsi üzrə təşkilatın beynəlxalq müfəttişlərindən ibarət qabaqcıl qrupun bölgəyə gəlməsi ilə başlayacaq. Bu arada hökumət qüvvələrinin ölkənin müxtəlif şəhərlərində müxalifətçilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda daha 50 nəfər ölüb.

Bu gün Dəməşqə BMT və kimyəvi silahların qadağan edilməsi üzrə təşkilatın 20 müfəttişindən ibarət qrup yollanır. Bununla da Suriyada kimyəvi silahlarının məhvi istiqamətindəki əməliyyatın birinci mərhələsinə start veriləcək. Təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq qrupun fəaliyyət proqramı açıqlanmayıb. Onlardan sonra isə Suriyaya daha geniş tərkibli missiya göndəriləcək və qrup bir neçə ay ərzində bu ölkədə işləyəcək.

Yaxın 8-9 gün ərzində isə BMT baş katibi Ban Ki-munun əməliyyat iştirakçılarına proseslə bağlı tövsiyyələr verəcəyi gözlənilir. Artıq Çin mütəxəssisləri də kimyəvi silahların məhvi prosesində iştirak etmək istədiklərini bildiriblər. Çin, eləcə də İtaliya bu prosesə maliyyə dəstəyi göstərməyə hazır olduqlarını bildiriblər Xatırladaq ki, BMT TŞ-nın qətnaməsinə əsasən gələn ilin ortalarına kimi Suriyadakı kimyəvi silahlar məhv edilməlidi. Bu arada Suriyada kimyəvi silahın mövcudluğunu araşdıran BMT müfəttişləri Dəməşqi tərk ediblər.

Beynəlxalq ekspertlər avqustun 21-də baş vermiş kimyəvi hücum barədə yeddi epizodu araşdırıblar. Mütəxəssislərin bununla bağlı son hesabatı isə oktyabrın sonlarına hazır olacaq. Lakin Suriyada kimyəvi silahı kimin istifadə etməsi barədə sual isə hələ də cavabsız qalır.

Suriyanın xarici işlər naziri Valid Muallem BMT-nin baş assambleyasında çıxışı zamanı 83 ölkədən gələn terrorçuların ölkəsində hərbçiləri və dinc sakinləri öldürdüyünü bəyan edib.

Nazir bu hücumları ABŞ-dakı 11 sentyabr terror aktı ilə müqayisə edib. O beynəlxalq səviyyədə aparılan sülh danışıqlarının Suriyanın gələcəyi üçün çox mühüm olduğunu da nəzərə çatdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti